RU

İtaliyanın Bakıdakı səfirliyi Aktauda baş verən təyyarə qəzasında həlak olanların xatirəsinə bayrağı endirib

Bakı. Trend:

İtaliyanın Bakıdakı səfirliyində ölkənin dövlət bayrağıQazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarəninqəzaya uğraması nəticəsində həlak olanların xatirəsinəendirilib.

Trend xəbər verir ki, bubarədə İtaliyanın Bakıdakı səfirliyi “X” sosial şəbəkə hesabındapaylaşım edib.

“İtaliyanın Bakıdakı səfirliyində bayraqlar Azərbaycan xalqı iləhəmrəylik əlaməti olaraq endirilib. Düşüncələrimiz və dualarımız bufaciəli təyyarə qəzasında həlak olanların və onların ailələrininyanındadır”, – deyə paylaşımda bildirilir.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Избранный
5
47
az.trend.az

10Источники