RU

FHN: Qəzada xəsarət almış vətəndaşlar Aktauda olan xüsusi təyyarə ilə Bakıya yola düşüb

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar.

Əlavə məlumat veriləcək.

Избранный
21
2
apa.az

10Источники