RU

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradılıb (FOTO)

Bakı. Trend:

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nınBakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzayauğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anımguşələri yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Avstriya,Finlandiya, İspaniya, Kanada, Macarıstan, Yunanıstan və digərölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdəki AzərbaycanEvlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır,qəza nəticəsində həlak olanları hörmətlə anır, yaralananlara şəfaarzulayırlar.

Bütün dünyada yaşayan azərbaycanlılar hər zaman olduğu kimi beləbir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizinyanında olduqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evifəaliyyət göstərir. Azərbaycan Evləri həqiqətlərimizin dünyayaçatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimiziöyrənmələrində ciddi rol oynayan, bayram və hüzn günlərindəbirliyimizi nümayiş etdirən məkanlardır.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonraxəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər AzərbaycanRespublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır.

Xaricdəki
Xaricdəki
Xaricdəki
Xaricdəki
Xaricdəki
Xaricdəki
Избранный
21
1
az.trend.az

1Источники