RU

Aktauda təyyarənin qəzaya uğradığı ərazidən daha bir "qara qutu" tapılıb

Astana. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəliBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktauşəhəri yaxınlığında qəzaya uğradığı ərazidən daha bir "qara qutu"tapılıb.

TrendQazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Manqistauvilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.

"İki "qara qutu" tapılıb və Hava Qəzalarının Təhqiqat İdarəsinətəhvil veriləcək. Və sonra nəzərdən keçiriləcək", - o bildirib.

O həmçinin qəza yerində aparılan işlərdən də danışıb.

"Zərərçəkmişlərin və yerüstü xidmət işçilərinin dindirilməsiniapardıq. Bütün şahidləri də müəyyən edirik. Dispetçerlərlə ekipajarasında danışıqlarının yazısı da götürülüb. Tamamlanmamərhələsində hadisə yerinə baxış 4 min kvadratmetrdən çox əraziniəhatə edir. Polis qüvvələri ərazinin təhlükəsizliyini təmin edir",- o bildirib.

Məqalədə:
Избранный
27
4
az.trend.az

4Источники