RU

Pakistanın baş naziri AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib (FOTO)

Bakı. Trend:

Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycantəyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlıbaşsağlığı vermək üçün Azərbaycanın İslamabaddakı səfirliyinəgedib.

Bu barədə Trendbaş nazirin ofisinə istinadən xəbər verir.

"2024-cü il dekabrın 26-da hökumət başçısı Azərbaycanın səfiriXəzər Fərhadovla görüşüb və başsağlığı kitabına bu çətin andaAzərbaycan xalqına dəstəyini qeyd edib", - məlumatdabildirilir.

Məhəmməd Şahbaz Şərif həmrəyliyin vacibliyini qeyd edib vəPakistanın faciə ilə bağlı lazımi yardımı göstərməyə hazır olduğunuvurğulayıb.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonraxəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər AzərbaycanRespublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır.

Pakistanın
Pakistanın
Избранный
13
6
az.trend.az

5Источники