RU

İsrail Rusiyaya uçuşları dayandırdı

İsrailin “El-Al” aviaşirkəti Moskvaya bütün reysləri ləğv edib.


News365.az xəbər verir ki, bu barədə İsrail Teleqram kanalları məlumat yayıb.


Bildirilib ki, buna səbəb Rusiyanın hava məkanında AZAL-a məxsus təyyarənin Rusiya HHM sistemləri vasitəsilə vurulmasıdır.


Qeyd edək ki, 25 dekabrda Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı səmasında Rusiya HHM sistemlərinin hücumuna məruz qalıb.


Təyyarədə olan 67 sərnişindən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Избранный
21
news365.az

1Источники