RU

Rusiya məsuliyyətdən qaça bilməz: üzr istəməli və…

Təyyarənin vurulduğu faktı Rusiya rəhbərliyinə ilk dəqiqələrdən bəlli olub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktauda qəzaya uğraması haqda qeyd edib.

O bildirib ki, bu fikri gücləndirən iki məqam var:

“- İzi itirmək üçün təyyarənin istiqamətinin Xəzər dənizinə yönləndirilməsi: belə bir qərarın yüksək səviyyədə verilmədiyi ehtimalı azdır;

- Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə qoymaq üçün göstərdiyi canfəşanlıq: informasiya-təbliğat axınının hazırlandığı aydın görünürdü.

Görünür, plan baş tutmayıb: təyyarə Aktau sahilinə qədər uça bilib və “qara qutu” tapılıb.

Təyyarənin vurulduğu faktının hökumətdəki mənbələr tərəfindən də təsdiq edilməsi artıq Moskvaya “qaçış yeri” qoymur. İndi Rusiya Azərbaycandan üzr istəməli və cinayətkarları cəzalandırmalıdır, çünki təyyarənin vurulması səhv addım olsa da, izi itirmək üçün dənizə istiqamətləndirilməsi cinayət əməlidir”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub.

Избранный
26
34
axar.az

10Источники