Pakistan ordusu Xayber-Paxtunxva əyalətində üç antiterror əməliyyatı zamanı ən azı 13 yaraqlını məhv edib.
“Report” xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat verib.
Qurumun məlumatına görə, dekabrın 26-sı gecə Pakistan hərbçiləri Bannu, Şimali Vəziristan və Cənubi Vəziristan rayonlarında ekstremistlərdən təmizləmə əməliyyatları həyata keçiriblər. Hədəf ölkədə yasaqlanmış “Fitna əl-Xəvaric” (əvvəllər “Təhrik-i-Taliban Pakistan” kimi tanınırdı) qruplaşmasının döyüşçüləri olub.
Toqquşmalarda 13 terrorçunun məhv edildiyi, 16 nəfərin yaralandığı və bir hərbçinin həlak olduğu bildirilib.