Qroznı hava limanında "Kovyor" planı tətbiq edilib, reyslərin gəlişi və gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb. Missiya.Az xəbər verir ki, bu barədə hava limanının baş direktoru Alvi Şahgiriyev məlumat yayıb."Hava limanı "Kovyor" planına əsasən bağlanıb, təyyarələri qəbul etmirik və buraxmırıq. "Kovyor" planı Moskva vaxtı ilə saat 05:08-də elan edilib", - o bildirib.
Zərintac MayisqızıMissiya.Az