RU

"Pantsir-S" raket sistemi təyyarəmizi necə vurub?

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu müəyyən edilib.

Milli.Az-ın məlumatına görə, bu barədə "Caliber" xəbər yayıb.

Məlumata görə, "Pantsir" raket sisteminin iki əsas versiyası mövcuddur: S1 və S2. Bu sistemlər, hərbi, sənaye və inzibati obyektləri təyyarələr, helikopterlər, dəqiq sursatlar, qanadlı raketlər və pilotsuz uçuş aparatlarına qarşı müdafiə etmək üçün nəzərdə tutulub. Həmçinin, aşağı hündürlüklərdə uçan və dəqiq sursat istifadə edən düşmən hava hücumlarına qarşı əlavə qorunma təmin edir. "Pantsir" sistemi bir raket qurğusu, radar avtomobili və komanda mərkəzindən ibarətdir. İlk versiya olan "Pantsir-S1" 2008-2013-cü illərdə istehsal edilib. 2019-cu ildə isə "Pantsir-S1M" təqdim olunub.

"Pantsir-M/EM S1" dəniz versiyası 2015-ci ilin iyul ayında tanıdılıb. "Pantsir-S2/S2E" isə ilk versiyanın modernləşdirilmiş variantıdır. Bundan başqa, "Pantsir-SM", "Pantsir-SA" və "Pantsir-SMD-E" versiyaları da mövcuddur. "Pantsir-S1" sistemi beş metr hündürlükdən və 200 metr məsafədən 15 kilometr hündürlüyə və 20 kilometr məsafəyə qədər hədəfləri aşkar edib izləyə bilir.

Asya
Milli.Az

Избранный
6
12
milli.az

10Источники