RU

Aktauda qəzaya uğrayan təyyarənin ekipaj üzvü: “Salona çıxanda üçüncü zərbə oldu”

“Qroznıya gələndə qatı duman olduğunu gördük. Kapitan eniş etmək istəsə də, dumandan heç yer görünmürdü. Ona görə də qalxıb ikinci dəfə dövr etdi”.

Editor.az -ın məlumatına görə, bu sözləri dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin bələdçisi Zülfüqar Əsədov APA TV-yə müsahibəsində deyib.

O bildirib ki, pilot üç dəfə eniş etməyə cəhd göstərib.

“Kapitan digər hava limanına getmək istəyərkən təyyarənin çöl tərəfindən çox güclü zərbə səsi gəldi. Biz digər təyyarə bələdçisi Aydan xanımla tez salona çıxıb, insanları sakitləşdirməyə çalışdıq. İnsanları sakitləşdirib önə keçmək istəyəndə qoluma çöldən zərbə gəldi, qolumda kəsik yarandı. Mən salondan çıxıb yerimə əyləşəndə isə üçüncü dəfə təyyarəyə zərbə dəydi”.

Daha ətraflı – süjetdə:

Избранный
14
3
editor.az

9Источники