RU

Türkiyə səfirliyinin əməkdaşları təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda “Embraer 190” təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün hazırlanan guşəyə baş çəkiblər.

Viral.az xəbər verir ki, rəsmi şəxslər xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarını yad ediblər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan, üçü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Son Yazılar:


Избранный
6
15
viral.az

10Источники