RU

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Şübhəsiz ki, AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına səbəb Qroznı aeroportu ərazisində Rusiya hava hücumundan müdafiə sistemlərinin işləməsi olub. Bu səbəbdən Bakı Moskvanın hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsini və təzminat ödəməsini gözləyir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq və Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov deyib. “Bu dəhşətli fəlakətə Qroznı hava limanı ərazisində Rusiya hava hücumundan müdafiə sistemlərinin işləməsinin səbəb olması şübhə doğurmur. Nişan alma zamanı identifikasiya xətasının olub-olmadığı, “Pantsir-S1” raketinin mülki təyyarəni Ukrayna PUA-sı ilə səhv salıb, ona birbaşa hücum edib-etmədiyi və ya partlayan raketin fraqmentlərinin təyyarəyə daxil olub, PUA-nı məhv edib-etmədiyi hələ də qeyri-müəyyən olaraq qalır. Rusiya və Çeçenistandakı regional aviasiya orqanlarının bundan xəbəri olub-olmaması, artıq tapılmış “qara qutular”ın qeydlərini hərtərəfli öyrəndikdən sonra demək olar”, - o bildirib. Onun sözlərinə görə, quşların insidentə səbəb göstərilməsi kimi ilkin versiya əsassızdır, çünki bunu təkzib edən faktlar var: “Faciədən sonra ilk saatlarda “Rosaviyasia” aviadispetçerlər və pilotlar arasındakı söhbətlərə istinad edərək təyyarənin quş dəstəsilə toqquşduğunu bildirib. Çox güman ki, pilotlar uçuş zamanı həqiqətən də belə düşünüblər. Bununla birlikdə, təyyarənin qalıqlarında tapılan gövdə və qanadlardakı çoxsaylı deşiklər “quş” versiyasını qəti şəkildə təkzib edir və xarici təsirləri göstərir. Azərbaycanın “Caliber.az” internet portalında və “Avronyus”agentliyində Azərbaycan hökumətindəki mənbələrə istinadən AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi kimi Rusiya hava hücumundan müdafiə sistemini göstərən məlumatlar rəsmi Bakının təyyarə qəzasına dair əsl faktları üzə çıxarmağa çalışacağını ciddi şəkildə sübut edir. Üstəlik, rəsmi Bakı Moskvanın baş verənlərə görə məsuliyyət daşıyacağını və müvafiq təzminat ödəyəcəyini gözləyir”. Ekspert vurğulayıb ki, rəsmi Bakının insidentlə bağlı mövqeyi balanslı, diplomatik və çox prinsipial görünür:

“Ölkənin ləyaqəti və vətəndaşlarının həyatı pərdəarxası razılaşmaların mövzusu ola bilməz. Baş verənlərə baxmayaraq, Bakı ilə Moskva arasında münasibətlər ciddi dəyişikliyə uğramayacaq, çünki Azərbaycan və Rusiyanı ümumi geosiyasi maraqlar birləşdirir. Rusiya və Azərbaycan tarixində oxşar hadisə artıq 2020-ci ildə Azərbaycanın Ermənistanla sərhəddə Rusiya hərbi helikopterini səhvən vurması və iki rus pilotunun ölümü ilə nəticələnməsi zamanı baş verib. Hadisədən sonra Azərbaycan XİN dərhal üzr istəmiş, araşdırma aparacağını və günahkarları cəzalandıracağını vəd etmişdi".

Избранный
18
50
buta.tv

10Источники