RU

Şahdağa 15 sm qar yağıb - Faktiki hava

Azərbaycanda dekabrın 28-i saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Culfa, Balakəndə 5, Naxçıvan, Sədərək, Ağdamda 4, Oğuz, Şəki, Ağstafa, Qəbələ, Tərtər, Şərur, Xaçmaz, Ceyrançöl, Zəngilan, Füzuli, Quba, Ordubad, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, İsmayıllı, Şamaxı, Gəncə, Qobustan, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Neftçala, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerik, Astara, Goranboyda 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm- dir.

Dağlıq ərazilərə qar yağır, yağan qarın hündürlüyü Şahdağda 15, Kəlbəcərdə 5, Qax, Qusarda 2, Gədəbəy, Laçın, Xankəndi, Şuşa, Xocalı, Xınalıq, Zaqatala, Şahbuzda 1 sm-dir.

Yardımlı, Hacıqabul, Yevlax, Göyçay, Lerik, Naxçıvan, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Sumqayıtda duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin qərb rayonlarında dekabrın 29-u gündüzədək, şərq rayonlarında isə 31-i səhərədək davam edəcəyi gözlənilir.

Избранный
152
45
ucnoqta.az

10Источники