Olaylar xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.
"Azimut" Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31