RU

Eyni mənzil bir neçə nəfərə satılır - Qarşısı necə alınacaq?

Ölkəmizdə beş min nəfərdən çox şəxs bir mənzilin bir neçə nəfərə satılmasının qurbanı olub. Lakin mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem sonadək həllini tapmayıb. Bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.Metbuat.az bildirir ki, bu hallar hələ də davam etməkdədir. Belə ki, Baş Prokurorluğun yaydığı məlumatda da yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıq vəzifəli şəxsini eyni mənzilin birdən çox şəxsə satılması, habelə tikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib.Belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşlara vurulan maddi ziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraq mümkün həddə tədbirlər görülüb.Bəs, insanlar mənzil alarkən bu halla üzləşməmək üçün nə etməlidirlər?Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, alqı-satqı çox zaman notariusdan kənar aparıldığından qeydiyyatı olmur."Bu səbəbdən də vətəndaş mənzilin alqı-satqısı barədə heç hardan məlumat əldə edə bilmir. Hazırda eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan mexanizm yoxdur", - deyə ekspert əlavə edib.Osmanlı daşınmaz əmlak sertifikatları məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda bir neçə il əvvəl “Daşınmaz əmlak sertifikatları haqqında Qaydalar” təsdiq edilib."Eyni zamanda yeni qanunvericiliyə təminat qeydi məsələsinin salınması nəzərdə tutulub. Bu nəzərdə tutulsa da, indiki halda hələ ki, mümkün deyil. Çünki çox şirkət buna əməl etmir. Ona görə təklif edilir ki, elektron baza yaradılsın. Bütün şirkətlər tərəfindən məlumatlar həmin bazaya yerləşdirilsin və satılacaq mənzillər sertfikatlaşdırılsın.

Eyni zamanda mənzillər satıldıqca məlumatların bazada qeydi aparılsın. Məlumatların bazaya yerləşdirilməsi tikinti şirkətlərinin qarşısına tələb kimi qoyularsa, bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını müəyyən qədər almaq olar", - deyə ekspert qeyd edib.

Избранный
495
8
metbuat.az

9Источники