Kanadanın Halifax şəhərinin hava limanında “PAL Airlines”a məxsus təyyarə təcili eniş zamanı yanıb.
Azpost.info xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.
Məlumata görə, təyyarə uçuş-enmə zolağına çırpılaraq alovlanıb.
İnsidentin ilkin səbəbi təyyarənin təkərlər sistemindəki problemdir. Hadisə nəticəsində xəsarət alan olmayıb, bütün sərnişinlər vaxtında təxliyə edilib.
Bu, dekabrın 29-da baş verən ikinci hava hadisəsidir. Belə ki, Cənubi Koreyada təyyarə quşların vurması nəticəsində qəzaya uğrayıb. Ekipaj təyyarəni gövdəyə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı hasara çırpılaraq partlayıb.
Azpost.info