Azərbaycanda dekabrın 29-u saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Balakəndə 19, Zaqatalada 11, Kəlbəcərdə 7 , Laçında 4 , Quba, Xocalı, Neftçala, Qusar, Qobustan, Qəbələ, Şəki, Şamaxı, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şabran, Gəncədə 2 mm, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dir.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 16, Quba 7, Şahbuzda 6, Qaxda 5 sm-dir.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Naftalanda 18 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb