Kanadada sərnişin təyyarəsi enərkən problem yaranıb və onun bir hissəsi yanıb. Yeniavaz.com “CBC News”ə istinadən xəbər verir ki, hazırda ölənlər barədə məlumat yoxdur. Bildirilib ki, hadisə dekabrın 29-u saat 04:30-da PAL Hava Yollarına məxsus “Air Canada 2259” aviareysi ilə üçan təyyarədə baş verib. Təyyarə Kanadanın Sent Cons şəhərindən gəlib. Təyyarənin eniş zamanı çətinlik çəkdiyi və bunun nəticəsində uçuş-enmə zolağından çıxdığı və qismən alovlandığı bildirilir. Sərnişinlərdən biri bildirib ki, eniş zamanı şassəlilərdən biri düzgün açılmayıb: “Təyyarə təxminən 20 dərəcə sola əyilməyə başladı və təyyarənin qanadı mühərriklə birlikdə səki boyunca sürüşməyə başlayanda zərbə kimi olduqca yüksək bir səs eşitdik”. Hadisədən sonra Halifax hava limanında uçuşlar dayandırılıb. Qeyd edək ki, 4 gün əvvəl – dekabrın 25-də Rusiya HHM-ləri tərəfindən vurulduqdan sonra Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub və onlardan 38 nəfəri həyatını itirib. Dünən – dekabrın 28-də isə Cənubi Koreyada daha bir təyyarə qəzaya uğrayıb. Təyyarə uçuş-enmə zolağından çıxıb və hava limanının binasına çırpılıb. Qəza zamanı 179 nəfərin öldüyü bildirilir.