Norveçdən Niderlanda uçan sərnişin təyyarəsi təcili eniş zamanı uçuş-enmə zolağından çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, Royal Dutch Airline KLM-dən verilən açıqlamaya görə, Oslo hava limanından Amsterdama qalxarkən yüksək səs eşidilən təyyarə Sandefjord hava limanına yönləndirilib.
Təcili eniş zamanı “Boeing 737-800” tipli təyyarə uçuş-enmə zolağından çıxaraq ot örtüyünə sürüşüb. Təyyarədə olan 176 sərnişin və 6 ekipaj üzvü xəsarət almayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Norveç mətbuatında yer alan xəbərlərə görə, təyyarə hidravlik sistemindəki nasazlıq səbəbindən təcili eniş edib.