RU

Bir siqaret həyatı 20 dəqiqə qısaldır: İldə ömürdən 50 gün azalır –Alimlərin yeni araşdırması

Britaniya alimləri siqaret çəkənləri 2025-ci ildə bu pis vərdişdən əl çəkməyə çağırıb.

Azpost.info bildirir ki, London Universitet Kollecinin (UCL) yeni bir araşdırmasına görə, siqaret çəkmək ömrü düşündüyümüzdən daha çox azaldır.

Bir siqaret – ömrü 20 dəqiqə qısalıdır

Nəticələri The Guardian tərəfindən açıqlanan araşdırmaya görə, çəkilən bir siqaret orta hesabla ömürdən 20 dəqiqə “yandırır”. Bu o deməkdir ki, bir qutu siqaret ömrünüzü təxminən 7 saat qısaldır.

Siqareti atmaqla neçə gün ömrünü geri qaytara bilərsiniz?

Tədqiqatçılar belə bir misal gətirirlər: əgər gündə 10 siqaret çəkən şəxs yanvarın 1-dən siqareti atsa  deməli, yanvarın 8-nə kimi o, həyatının bir gün uzadır.  Fevralın 5-ə qədər bir həftə, avqustun 5-nə qədər isə tam bir ayı geri qayıdacaq. İlin sonuna qədər o, həyatının 50 gün uzadır.

“İnsanlar siqaretin zərərli olduğunu bilirlər. Lakin onlar bunun nə qədər pis olduğunu qiymətləndirməyə meylli deyillər. Orta hesabla siqareti tərgitməyənlər təxminən on il ömrünü itirirlər. Bu, 10 il dəyərli vaxt, həyat anları və sevdiklərinizlə keçirilən mühüm hadisələrdir” -UCL-nin Alkoqol və Tütün Araşdırma Qrupunun aparıcı tədqiqatçısı Dr Sara Cekson deyib.

Siqaret çəkmə dünyada qarşısının alınması mümkün olan xəstəlik və ölüm səbəblərindən biridir. Nəşrin məlumatına görə, siqaret Britaniyada ildə təxminən 80,000 ölümə və İngiltərədəki bütün xərçəng ölümlərinin dörddə birinə səbəb olur.

Alimlərin qənaətləri nəyə əsaslanır?

Böyük Britaniya Səhiyyə Nazirliyinin sifarişi ilə həyata keçirilən yeni araşdırma 1951-ci ildə başlayan “Britaniya Həkimlərinin Araşdırması” (British Doctors Study), və 1996-cı ildən bəri qadınların sağlamlığını izləyən “Milyon Qadın Araşdırması”nın (British Doctors Study) məlumatlarına əsaslanıb.

“Bəzi insanlar düşünə bilər ki, qocalıq tez-tez xroniki xəstəlik və ya əlilliklə müşayiət olunur. Lakin siqaret həyatın sonundakı qeyri-sağlam dövrü qısaltmır” – Cekson “The Guardian”-a verdiyi müsahibədə izah edib. “Siqaret ilk növbədə orta yaşda nisbətən sağlam illəri yeyir, xəstəliyin başlanğıcını sürətləndirir. Bu o deməkdir ki, 60 yaşlı siqaret çəkən 70 yaşlı siqaret çəkməyənin sağlamlıq vəziyyətinə sahib olacaq”.

Siqareti tamamilə tərk etmək sağlam qalmağın yeganə yoludur

Tədqiqat müəllifləri vurğulayırlar ki, maksimum sağlamlıq faydası əldə etmək və ömrü uzatmaq üçün siqaretdən tamamilə imtina etmək lazımdır.

Əvvəlki tədqiqatlar göstərib ki, siqaret çəkməyin təhlükəsiz səviyyəsi yoxdur: ürək xəstəliyi və insult riski gündə bir siqaret çəkənlərdə gündə 20 siqaret çəkənlərlə müqayisədə təxminən 50% azdır. “İstənilən yaşda siqareti tərgitmək faydalıdır. Lakin siqaret çəkənlər bu ölüm eskalatorundan nə qədər tez düşə bilsələr, bir o qədər uzun və sağlam yaşaya bilərlər” deyə tədqiqatçılar izah ediblər.

Kral Həkim Kollecinin tütün üzrə xüsusi məsləhətçisi, professor Sancay Aqraval deyib: “Çəkilən hər bir siqaret həyatın qiymətli dəqiqələri bahasına başa gəlir və yığılan effekt təkcə fərdlər üçün deyil, həm də səhiyyə sistemimiz və iqtisadiyyatımız üçün dağıdıcıdır. Bu tədqiqat Böyük Britaniyada ölüm və xəstəliklərin əsas qarşısı alına bilən səbəbi kimi siqaretlə mübarizə aparmağın təcili ehtiyacının güclü bir xatırlatmasıdır”.

Избранный
97
azpost.info

1Источники