RU

“Azərbaycanlı Azərbaycana qarşı işləyirsə...” - Video

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində REAL TV-də yayımlanan “Vacib sual” verilişinin qonağı olub. 

“Qafqazinfo” xəbər verir ki, komitə sədri Şuşa zirvəsindən, il ərzində hazırlanan layihələr və keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu prosesdə xaricdə yaşayan soydaşlarımız fəal iştirak edirlər.

F. Muradov gənclərin diasporaya gəlməsinin müsbət tərəflərindən, dünyada Azərbaycan evlərinin açılmasından da söz açıb. 

Komitə sədri, həmçinin xaricdə yaşayan azərbaycanlılar arasında kəşfiyyatın təsiri altına düşənlərlə bağlı sualı cavablandırıb: “Azərbaycanlı Azərbaycana qarşı işləyirsə, burada milli kimlikdə çox böyük problem var. Ümumi sayı götürsək, bu 3-5 nəfər heç bir statistikaya təsir eləmir. Bunun müqabilində minlərlə, on minlərlə Azərbaycan dövlətinə bağlı olanlar, Azərbaycanı dəstəkləyənlər var. 

Biz vətənpərvərlik, Vətənə bağlılıqla bağlı tədbirlər keçiririk. O insanlara həmişə deyirik ki, gəlin Azərbaycan dövlətinin, xalqının yanında olun, xəyanətkarlıq etməyin. Qarabağ müharibəsindən sonra bir çox insanlar oldu ki, həqiqəti başa düşdülər, bu gün də Azərbaycan xalqının yanındadırlar. Xəyanətkar, satqın insanın milliyyəti yoxdur, onu özü üçün peşə kimi götürüb...”

Daha ətraflı videomaterialda:

 

Избранный
81
qafqazinfo.az

1Источники