Paulu Fonsekanın “Milan”dakı fəaliyyəti 6 ay çəkib.
O, baş məşqçi vəzifəsindən istefa verib. Portuqaliyalı mütəxəssis A seriyasının 18-ci turunun “Roma” ilə matçından (1:1) sonra klubdan ayrılmaq qərarına gəlib. Fonseka “doğrudu, mən “Milan”ı tərk edirəm. Həyat budu. Vicdanım təmizdi, çünki mən bu komandada əlimdən gələni etdim” deyib.
Xatırladaq ki, Fonseka komandaya 2024-cü ilin yayında təyinat almışdı. Onun yerini Serjio Konseysao tutacaq. Yerli mənbələr portuqaliyalı mütəxəssisin “Milan”la müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə üzrə razılığa gəldiyini xəbər verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта