RU

İsveçrədə çadra və niqab geyinmək qadağan edildi


2025-ci il yanvarın 1-dən İsveçrə hakimiyyəti ictimai yerlərdə üzü tamamilə bağlayan geyim və qarderob əşyalarının, o cümlədən çadra və niqabın geyinilməsini qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, qadağanın pozulmasına görə cərimələr 100 ilə 1 min İsveçrə frankı arasında dəyişir (110,2 dollardan 1 102 dollara qədər).
Qeyd edək ki, İsveçrə əhalisi bu təşəbbüsə 2021-ci ilin martında referendumda səs verib. Həmin vaxt sorğu iştirakçılarının 51,2%-i qadağanı dəstəkləyib.
Избранный
89
yeniavaz.com

1Источники