RU

Elon Mask Tramp hotelin qarşısında ölümlü partlayışdan DANIŞDI

Musavat.com -un da xəbər verdiyi kimi, bu gün Las-Veqasdakı "Trump Otel"in qarşısında Tesla Cybertruck alovlar içində qalıb. Hadisə ictimaiyyətdə böyük rezonans doğurub və Tesla-nın CEO-su Elon Mask dərhal hadisəyə reaksiya verib.

Las-Veqas Metropolitan Polis İdarəsi baş verən partlayışı təsdiqləyib, lakin hələlik partlayışın səbəbləri barədə heç bir rəsmi açıqlama verməyib. Görgü şahidlərinin çəkdiyi videolarda alovlar içində olan elektrik avtomobili və havaya qalxan tüstü görünür. Bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb və müxtəlif fərziyyələrə səbəb olub.

Tesla-nın rəhbəri Elon Mask sosial şəbəkədə bəyanat yayaraq baş verənləri araşdırdıqlarını bildirib: “Hadisənin səbəbini öyrənmək üçün bütün Tesla komandası aktiv şəkildə çalışır. Daha çox məlumat əldə etdikcə ictimaiyyətlə paylaşacağıq. Belə bir hadisə ilə heç vaxt qarşılaşmamışıq.”

Maraqlıdır ki, hadisə Elon Mask-ın Mar-a-Lago-da ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trump-la Yeni İl tədbirində iştirak etdiyi vaxt baş verib. Mask hazırda Tramp administrasiyası ilə sıx əlaqələr saxlayır və yeni yaradılacaq “Hökumət Effektivliyi Departamenti”nin qurulmasında əsas rollardan birini oynamağa hazırlaşır.

Hadisə ilə bağlı sosial şəbəkələrdə müxtəlif fərziyyələr irəli sürülüb. Bəziləri bunu sabotaj ehtimalı kimi qiymətləndirir, digərləri isə bunu təsadüfi bir hadisə olaraq görür. Tesla-nın birjalardakı səhmlərinin dəyərinə bu hadisənin necə təsir edəcəyi də diqqət mərkəzindədir. Analitiklər, 2025-ci ildə Tesla-nın layihələrinin çətinliklərlə üzləşə biləcəyini qeyd edirlər.

Hazırda Tesla komandası partlayışın səbəblərini aydınlaşdırmaq üçün araşdırmalar aparır. Şirkət, müştərilərinə və sərmayəçilərinə avtomobillərin təhlükəsizliyi və etibarlılığı ilə bağlı əminlik vermək üçün səylərini davam etdirir. Hadisə ilə bağlı daha çox məlumatın yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

 

Musavat.com

Избранный
118
musavat.com

1Источники