Monteneqroda 10 nəfəri qətlə yetirməkdə və dörd nəfəri yaralamaqda şübhəli bilinən şəxs intihar edib.
Publika.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Danilo Şaranoviç mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, 45 yaşlı Aleksandar Martinovic adlı şübhəli polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində tapılıb və təcrid edilib. Lakin o, çıxılmaz vəziyyətdə olduğunu anladığı anda evinin yaxınlığında özünə qəsd edib.
Şübhəli şəxs xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda keçinib.