RU

Trampa məxsus otelin qarşısında partlayış: Ölən var - VİDEO

Hüquq-mühafizə orqanları ABŞ-nin Las-Veqas şəhərində (Nevada ştatı) 64 mərtəbəli “Trump International Hotel”in yanında “Tesla Cybertruck” elektromobilinin partlaması halını araşdırarkən, baş vermiş hadisəni potensial terror aktı kimi təhqiq edəcəklər.   Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb. Telekanala görə, müstəntiqlər partlayışın səbəbini hələ müəyyən edə bilməsələr də, maşında pirotexnikanın olduğunu təsbit ediblər. Nəqliyyat vasitəsində bir nəfərin – sürücünün öldüyü məlumdur. Hüquq-mühafizə orqanları partlayışın onun törədib-törətmədiyini müəyyən etməyə çalışırlar.

Trampa məxsus otelin qarşısında partlayış:

Избранный
73
40
manset.az

10Источники