Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərəalınaraq su təchizatı və tullantı sularının axıdılması sistemlərinəqoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Tarif Şurasıməlumat yayıb.
İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndəşəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularınınaxıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrəqoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrədiferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri,Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəliktarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manatmüəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaüzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonuüzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manatsəviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədərolan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanınbirdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabınagörüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindəngenişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq,dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsiniverəcək, maliyyə şəffaflığına və uçot sisteminintəkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradanqaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanıxərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Su təchizatı və tullantı sularının axıdılmasışəbəkələrinə qoşulma tarifləri
Əhali abonentləri üzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödəniş məbləği (ƏDV ilə,manat) | |
1. | Su təchizatı şəbəkəsi üzrə | ||
1.1 | D32 | Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu | 200 |
1.2 | Digər inzibati ərazi vahidləri üzrə | 170 | |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | ||
2.1 | D150 | Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu | 345 |
2.2 | Digər inzibati ərazi vahidləri üzrə | 290 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrəqədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcəktikinti obyektləri üzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə,manat) |
1. | Su təchizatı şəbəkəsi üzrə | |
1.1 | D32 | 995 |
1.2 | D40 | 1015 |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | |
2.1 | D150 | 1635 |
Sutka ərzində tələb olunan buraxılış həcmi 100kubmetrdən yuxarı mövcud və ya inşa ediləcək tikinti obyektləriüzrə:
Sıra №si | Borunun diametri, millimetr | Qoşulma xidmətinə görə ödənişin məbləği (ƏDV ilə,manat) | |||
Fiziki qoşulma üçün | Layihələndirmə işləri və fiziki qoşulmaüçün | Tikinti-quraşdırma işləri və fiziki qoşulmaüçün | Tikinti-quraşdırma, layhələndirmə işləri və fizikiqoşulma üçün | ||
1. | Su təchizatı şəbəkəsi üzrə | ||||
1.1 | D50 | 210 | 410 | 1255 | 1455 |
1.2 | D63 | 215 | 420 | 1300 | 1500 |
1.3 | D90 | 240 | 440 | 1425 | 1625 |
1.4 | D110 | 255 | 455 | 1530 | 1730 |
1.5 | D160 | 315 | 515 | 1895 | 2095 |
1.6 | D225 | 425 | 625 | 2535 | 2735 |
1.7 | D280 | 530 | 730 | 3190 | 3390 |
2. | Tullantı sularının axıdılması şəbəkəsi üzrə | ||||
2.1 | D200 | 245 | 505 | 2440 | 2700 |
2.2 | D300 | 295 | 555 | 2940 | 3200 |
2.3 | D400 | 350 | 610 | 3505 | 3765 |
2.4 | D500 | 525 | 780 | 5220 | 5480 |
2.5 | D600 | 680 | 940 | 6780 | 7040 |