İngiltərə Premyer Liqasının 19-cu turunun matçında “Arsenal” səfərdə “Brentford”a qalib gəlib – 3:1.
Gundem.az xəbər verir ki, “topçular”ın qollarından birini braziliyalı hücumçu Qabriel Jesus vurub.
Braziliyalı futbolçu 8 ilə yaxındır ki, Premyer Liqada çıxış edir. O, 2017-ci ilin yanvarın 21-də liqada “Mançester Siti”nin heyətində debüt edib. Bu müddət ərzində braziliyalı qol vurduğu heç bir matçda məğlub olmayıb.
ESPN-in məlumatına görə, Xesusun aktivində 62 belə oyun var.