ABŞ Prezidenti Co Bayden Nyu Orlean və Las-Veqasda baş verən hücumlarla bağlı müşavirə keçirib.
APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dövlət başçısı öz komandasına araşdırmaların tez bir zamanda başa çatdırılması üçün bütün resursları bundan sonra da ayırmağı tapşırıb.
Görüşdə ABŞ-nin daxili təhlükəsizlik naziri Alehandro Mayorkas, müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, ədliyyə naziri – baş prokuror Merrik Qarland və hazırkı administrasiyanın digər nümayəndələr iştirak ediblər.