RU

Mərakeşdə 50 ildən sonra möcüzə: Səhrada qar yağdı (VİDEO)

Mərakeşin cənub və cənub-şərq bölgələrində nadir təbiət hadisəsi baş verib - səhra ərazisində 50 ildən sonra ilk dəfə olaraq qar yağıb.

Bu barədə yerli "Maghreb Arabe Press" telekanalı kadrlar yayıb.

Bildirilir ki, bəzi ərazilərdə qar örtüyünün hündürlüyü hətta 35-40 santimetrə çatıb. Dağlıq ərazilərdə bəzi yerlərdə isə hava temperaturu -5°C-yə qədər düşüb.

Mərakəş Milli Meteorologiya Mərkəzi bu qeyri-adi hava şəraitini Şimali Avropadan soyuq hava axınları ilə izah edib. Qeyd edək ki, Mərakəş səhrası dünyanın ən isti və quraq səhralarından biri hesab olunur.
Избранный
51
3
demokrat.az

4Источники