RU

"Suriyada özünü sıxıntıda hiss edən kim olursa-olsun, Türkiyə onların da hamisidir", H.Fidan

“Suriyada çoxluq və ya azlıq varsa, kim olmasından asılı olmayaraq; nüseyrilər, ələvi, yezidilər, xristianlar, kim olursa-olsun, Türkiyə digərlərinin olduğu kimi onların da hamisi və himayədarıdır".

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan paytaxt Ankarada rəsmi səfərdə olan Belçikanın xarici işlər naziri Bernard Quintin ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Suriyada Əsəd rejiminin zülmü zamanı milyonlarla insanın didərgin düşdüyünü, onların arasında türklərin də olduğunu və başqa ölkələrə getmək məcburiyyətində qaldığını qeyd edən H.Fidan Türkiyənin sığınanları qəbul etməkdən çəkinmədiyini vurğulayıb.

Türkiyənin ölkəyə sığınanların problemləri ilə maraqlandığına və suriyalıların sülh içində yaşaya biləcəkləri bir mühit yaratmaq səylərinə diqqət çəkən Fidan deyib:

“Suriyada bu yeni dövrdə özünü sıxıntılı və narahat hiss edən hər hansı çoxluq və ya azlıq varsa, kim olmasından asılı olmayaraq; nüseyrilər, ələvi, yezidilər, xristianlar, kim olursa-olsun, Türkiyə digərlərinin olduğu kimi onların da hamisi və himayədarıdır. Türkiyə onların Suriyada problemlə qarşılaşmaması üçün əlindən gələni edir".

Belçikanın xarici işlər naziri Kvintin isə Suriyanın sabitliyinin vacibliyinə diqqət çəkərək, bu ölkənin yenidən qurulması üçün yeni administrasiya ilə yanaşı Türkiyənin səylərini də dəstəkləyəcəklərini bildirib.



Избранный
89
1
trt.net.tr

10Источники