RU

Xanımı “Ağsaqqal”la bağlı: “Möcüzə olsun”

Komada olan aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşı ilə bağlı paylaşım edib.

Nigar ötən ilin 23 dekabrında qızları ilə çəkilən ailə fotosunu “story”də paylaşıb.

O, fotoya “Möcüzə olsun” qısa şərhini yazıb.

“Hazırda aktyor Azər Baxşəliyevə böyrək köçürülməsindən söz gedə bilməz”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova deyib.

“Azər bəy koma vəziyyətində xəstəxanaya daxil olub, hazırda reanimasiyadadır. Onun adı böyrək nəqli olunacaq xəstələr siyahısındadır. Donor gözləyən xəstələrdən biridir. Bu gün biz onun ağırlaşmış vəziyyətdən çıxmasını gözləyirik. Həkimlər ilkin mərhələdə onu bu vəziyyətdən çıxarmağa çalışırlar. Hazırkı situasiyada böyrək nəql edilməsindən söz gedə bilməz. Onun vəziyyəti həddən artıq ağırdır. Ağır olaraq qalmaqda davam edir. Süni tənəffüs aparatına qoşulub”, – deyə o bildirib.

1735834772

Избранный
45
millitv.net

1Источники