RU

Konseysao: “Birinci hissədən sonra çox qəzəbli idim”

“Milan”ın yeni baş məşqçisi Serjio Konseysao İtaliya Super Kubokunun yarımfinalında “Yuventus” üzərində əzmkar qələbəni (2:1) şərh edib.

Arena.az “Sport Mediaset” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Komandam ikinci hissədə göstərdiyi şövqə görə buna layiq idi. Birinci hissədə bir neçə həftə əvvəl olduğu kimi, eyni “Milan”ı gördüm – müdafiədə qeyri-müəyyən, yorğun, təpki üçün qeyri-düzgün məqamları seçən. Fasilədə biz müəyyən xüsusları dəyişdik. Hər şey tamamilə fərqli getdi.

Açığı, birinci hissədən sonra futbolçularımı qucaqlamadım. Mən çox qəzəbli idim, çünki bizim hazırladığımızı icra etməmişdilər, tələblərimi yerinə yetirməmişdilər. Bəzən komandada qətiyyət əskik olur, amma bu, zamanla gəlməlidir”, deyə Konseysao məmnunluqla vurğulayıb.

Əlavə edək ki, “Yuventus” üzərində qazanılmış qələbə Serjio Konseysaonun “Milan”ın baş məşqçi olaraq ilk qələbəsidir.

İtaliya Super Kubokunun finalına yüksəlmiş “Milan” burada əzəli rəqibi, həmşəhərlisi “İnter”lə qarşılaşacaq. Həlledici oyun yanvarın 6-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Избранный
75
arena.az

1Источники