“Azər Baxşəliyevin orqanizmi yaşama qabiliyyətini itirib” – ATU
“Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşəliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib. Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova xəbər verib. Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: “Bu səbəbdən Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır”.