Bakı. Trend:
Yanvarın 4-də ölkə ərazisində qeydə alınan 31, əvvəlkidövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxsqismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.