Mərhum aktyor Azər Baxşəliyev Bakıdakı Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
“AzPolitika” “Unikal”a istinadən xəbər verir ki, dəfində aktyorun ailə üzvləri, yaxınları və dostları iştirak edib. Mərhumun dostları və həmkarları İlkin Həsəni-“Şəmi”, Ramil Babayev-“Şöşü” və Elşən Orucov-“Fəlakət” onunla vidalaşıb. “Bozbash Pictures”lə məşhurlaşan komanda sonuncu dəfə eyni kadrda yer alıb.