RU

Qazaxıstanda metapnevmovirusa yoluxma halları aşkarlanıb

Astana, 5 yanvar, AZƏRTAC

Qazaxıstan Səhiyyə Nazirliyi kəskin respirator virus infeksiyası olan metapnevmovirusun (HMPV) dünyada yayılması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, epidemiya mövsümü başlayandan indiyədək 8360 nümunədə qeyri-qrip virusunun olub-olmaması araşdırılıb. Sanitariya və Epidemioloji Nəzarət Komitəsinin məlumatına görə, nümunələrin yalnız 1,6 faizində (30 halda) metapnevmovirus aşkar edilib.

İnsan metapnevmovirusu bir çox ölkələrdə onilliklər ərzində dövriyyədə olan klassik viruslardan biridir. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır. Xüsusi bir müalicə yoxdur, simptomatik müalicə istifadə olunur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
79
4
azertag.az

5Источники