Məlumata görə, zəlzələnin episentri Sakit okeanda, La Libertad şəhərindən 50 kilometr aralıda yerləşib. Yeraltı təkanlar 49,5 kilometr dərinlikdə qeydə alınıb və təkcə Salvadorda deyil, həm də qonşu ölkələrdə - Qvatemala və Nikaraquada hiss olunub. Salvador Prezidenti Nayib Bukele açıqlamasında bildirib ki, hazırda bütün bölgələrdən müvafiq vəziyyətlə bağlı hesabatlar toplanır. O əlavə edib ki, ilkin məlumata görə, tələfat və ciddi dağıntılar barədə məlumat yoxdur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта