Bakı. Trend:
İranın cənubunda 4.5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki,bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ Rixter cədvəli ilə 4.5 bal gücündə olubvə səhər saat 07.24 qeydə alınıb.
Qeyd edək ki, yeraltı təkanlar və zəlzələlərin monitorinqiniaparan “Earthquakenews Today” bir neçə gün əvvəl İranın BəndərAbbas şəhərindən 62 kilometr aralıda 4.3 bal gücündə zəlzələnin başverdiyini bildirmişdi. Hər hansı dağıntılar və ya itkilər barədəməlumat verilmir.