RU

İnsanların əksəriyyəti çiçək xəstəliyi qarşısında acizdir

Dünya üzrə insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bunu epidemioloq, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko bildirib.
 
“Planetdəki insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur, çünki biz yalnız 1980-ci ilədək hamını peyvənd etmişik. Təkcə Rusiyada deyil, bütün dünyadakı 1981-ci ildən sonra anadan olan insanların həmin virusa qarşı immunitetləri yoxdur”, – deyə o qeyd edib.
 
Həkim qeyd edib ki, çiçək xəstəliyi bütövlükdə məğlub edilsə də, onun virusu tədqiqat üçün hələ də iki laboratoriyada – Rusiya və ABŞ-də saxlanılır.
Избранный
27
2
moderator.az

3Источники