Türkiyənin Kayseri şəhərində iki şəxs tibb şirkətinin qarşısındakı iki əlil arabısını oğurlayıb.
Medianews.az “Sözcü”yə istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş verib.
21 saatlıq təhlükəsizlik kamerası görüntülərini araşdıran qruplar şübhəlilərdən birinin 7 cinayət işi olduğunu müəyyən ediblər. Şübhəlilər saxlanılıb nəzarətə alınarkən, oğurlanan iki əlil arabası sahibinə qaytarılıb.
Kadrlarda oğurluqdan sonra şübhəlilərdən birinin əlil arabasına əyləşdiyi, digərinin isə onu itələdiyi görünür.