RU

"Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub

Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) cinayət işi üzrə məhkəmə prosesi başlayır.

"Report" xəbər verir ki, Oleq Kravivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəmısinin hakimi Kamran Muxtarovun icratına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 17-ə təyin edilib.

Oleq Bakinski ilə bərabər Ukrayna vətəndaşı Kucher Kostıantyn Antonoviçdə təqsirləndirilən şəxs qismində tanınıb.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nilolayeviç, “Avıazapchast” ASC və "Promyshlenye Postavkı Kazakhstan” MMC zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Oleq Bakinski DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən az öncə Bakıda həbs edilib.

İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Избранный
35
7
azpolitika.info

8Источники