RU

Yeni reallıq: Türkiyənin strateji hədəfi nədir?

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa hazırlaşan Türkiyə qaz təchizatı mərkəzi olmaq yolundadır. 

“Cebheinfo.az” xəbər ki, Türkiyə, “Türk axını” və Balkan təbii qaz xətti ilə Mərkəzi və Şərqi Avropaya ildə 10 milyard kubmetrə qədər mavi yanacaq ixrac etməyi hədəfləyir. Qaz ixracı artdıqca “Türk axını” regional enerjidə əsas rol oynayacaq.

Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji bazarlarında yaranan böhran Avropanın təbii qaz təchizatını kökündən dəyişir. Rusiya qazının Ukrayna üzərindən axınının sona çatması ilə Türkiyə həm öz enerji təchizatı təhlükəsizliyini gücləndirmək, həm də Avropanın enerji ehtiyaclarını ödəmək baxımından mühüm təchizat mərkəzi kimi seçilir.

"Türk axını"nın və “Balkan axını” adlı kəmərin strateji əhəmiyyəti artarkən, Türkiyənin hədəfi yeni qoşulma sərmayələri ilə hər il 10 milyard kubmetrə qədər təbii qaz ixrac etməkdir. Bu nöqtədə Avropanın istəyi və qarşılıqlı əlaqə investisiyaları həlledici olacaq.

Rusiyadan birbaşa Qara dəniz vasitəsilə gələn qazın nəqlində “Türk axını” boru kəmərinin rolu mühüm əhəmiyyət kəsb edir. Bu xətt 2020-ci ildən Türkiyəyə 40 milyard kubmetr, Avropaya isə 53 milyard kubmetr təbii qaz göndərib. 

“Türk axını”nın bir xətti Türkiyənin daxili istehlakı üçün istifadə edilərkən, Balkan xəttinə qoşulan digər xətt Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya və Macarıstan kimi ölkələrə qaz nəql edir.

Lakin bu marşrut bütün Avropa üçün həll yolu təmin etməkdən uzaqdır. Türkiyə Avropadan gələn siyasi iradə və əlavə sərmayələrlə qaz ixrac imkanlarını artırmağı hədəfləyir.

Türkiyə mayeləşdirilmiş təbii qazın (LNG) yenidən qazlaşdırılması və saxlama anbarlarını artırmaqla Azərbaycan və İran boru kəmərlərinin tutumundan səmərəli istifadə edir. 

Türkiyənin gələcək məqsədi sadəcə tranzit marşrutu deyil, Avropanın enerji təhlükəsizliyi üçün daimi təchizat mərkəzi olmaqdır. 

Avropa isə öz enerji mənbələrini şaxələndirməyə çalışır. ABŞ və Qətər kimi LNG təchizatçıları ön plana çıxsalar da, boru kəmərləri vasitəsilə verilən qaz hələ də qiymət və davamlılıq baxımından cəlbedici olaraq qalır. 

Türkiyə Yaxın Şərq, Qara dəniz və Aralıq dənizi qaz ehtiyatları ilə Avropanın ehtiyaclarını ödəməkdə körpü ölkə kimi mövqe tutur. 

Rusiyanın son davranışı  Avropada qaz qiymətlərinə təsir edib. 

Təbii qazın bir meqavatsaatının qiyməti 5 faiz artaraq 50,27 avroya (təxminən 540 dollar/1000 kubmetr) çatıb. 

Bu artımla Avropa təbii qaz qiymətləri 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb. Bu məqamda Avropanın qaz tədarükünün alternativ yollarını araşdırmaqdan başqa çarəsi yoxdur.

Избранный
18
cebheinfo.az

1Источники