"Barselona"nın müdafiəçisi Jül Kunde "Liverpul"un hədəfinə çevrilib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Transfer News Live" portalına istinadən xəbər verir ki, "Liverpul" Kundeni Trent Alexander-Arnoldun əvəzləyicisi kimi görür.
"Transfermarkt" portalı Jül Kundenin dəyərini 60 milyon avro qiymətləndirirlər.
İngiltərə klubu əsas sağ cinah müdafiəçisi Trent Alexander-Arnoldu itirə bilər. O, başa çatan müqaviləsini uzatmasa, mövsüm bitdikdən sonra azad agent kimi komandadan ayrılacaq.
26 yaşlı fransızın "Barselona" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Hazırkı mövsümdə Kunde "Barselona"nın heyətində 26 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.