RU

“2 yaşından atasız böyümüşəm, qızım da 2 yaşında atasız qaldı”- Azərin həyat yoldaşı

“Bir dəfə belə xətrimə dəyməyib, həmişə can deyib can eşitmişik”.

Bu sözləri mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva deyib:

“Kaş xətrimə dəyərdi, küsərdim ondan. Heç vaxt mübahisə belə etməmişik. Söz söhbətimiz də olmayıb. Həmişə “qurban olum”la danışmışıq. Özüm 2 yaşından atasız böyümüşəm. Qızım da 2 yaşında atasız qaldı”.

Nigar Baxşəliyeva həyat yoldaşı ilə fotosunu “Instagram” hesabında paylaşaraq təsirli sözlər yazıb:

“Necə qucaqlayaram indicə yanımda olsa, olsa… Gözümü bağlasalar, onu mən taparam harada olsa… Gedəcəyəm yanına könlümüz açılsın deyə. İndi küçədəyəm, gedəcəyəm. Deyəcəyəm ona mən şirin sözlər üzü gülsün deyə. Yanağından tutub öpəcəyəm”.

Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib.

Избранный
35
millitv.net

1Источники