Aktyor İslam Mehrəliyev "İncə səhər" verilişində mərhum həmkarı Azər Baxşəliyev haqqında danışaraq kövrəlib.Missiya.Az xəbər verir ki, aktyor bu fikirləri bölüşüb:
“Bircə dəfə onu kövrələn gördüm. Çay içirdik. Nəsə boşluq yarandı və telefonuna baxdı. Bir şəhid uşağını gördü, Telefonla evə səs göndərmişdi. Uşaq atasına deyirdi, gəl, gözləyirəm. Baxdım ki, Azərin gözü doldu. Dedi, uşaq atasını gözləyib, o da şəhid olub, qayıtmayıb. Bu gün Azər öz övladına bunu etdi”.
Zərintac MayisqızıMissiya.Az