RU

"SOCAR"ın Türkiyədəki 7 milyard dollarlıq planı

"SOCAR Türkiye"nin Baş icraçı direktoru Elçin İbadov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("SOCAR") son 17 ildə ümumilikdə 18,5 milyard dollar sərmayə qoyaraq Türkiyənin ən böyük xarici investoruna çevrildiyini bildirib.  

Valyuta.Az xəbər verir ki, İstanbulda keçirilən mətbuat konfransında çıxış edən İbadov, "SOCAR"ın Türkiyənin mövcud enerji sektorundakı çatışmazlığı azaltmağa töhfə verdiyini vurğulayıb.  

İbadov qeyd edib: “Hazırda Kayseri və Bursa bölgələrində təbii qaz işləri aparırıq. "Kayserigaz" və "Bursagaz" paylama şəbəkələrinə ümumi investisiyamız 209 milyon dollara çatıb.”  

Onun sözlərinə görə, "Bursagaz"ın paylama şəbəkəsinin uzunluğu 7 703 kilometrə, "Kayserigaz"ın isə 7 118 kilometrə çatıb. "Bursagaz" 1,2 milyon, "Kayserigaz" isə 700 min abunəçiyə xidmət göstərir.  

İbadov əlavə edib ki, "SOCAR Türkiye"nin tərkibində 10 mindən çox insan çalışır ki, bu da Türkiyədə məşğulluğa əhəmiyyətli bir töhfədir.  

7 milyard dollarlıq petrokimya sərmayəsi planlaşdırılır

"SOCAR Türkiye" Neftayırma və Petrokimya üzrə əməkdaşlıq bölməsinin rəhbəri Kənan Mirzəyev isə eyni tədbirdə Türkiyədə yeni petrokimya zavodlarının qurulması üçün təxminən 7 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırdıqlarını açıqlayıb.  

"SOCAR Türkiye"nin baş icraçı direktoru Elçin İbadov, şirkətin ekoloji təmiz aviasiya yanacağı istehsalına başlayacağını bildirib.  

Tədbirdə çıxış edən İbadov vurğulayıb ki, "SOCAR Türkiye"də davamlı inkişaf üçün yol xəritəsi təsdiqlənib.  

Rəhim

Избранный
54
valyuta.az

1Источники