RU

Separatçı Dnestryanı bölgəsində enerji böhranı:Məktəblərdə tətil yanvarın 20-dək uzadıldı

Moldovanın separatçı Dnestryanı bölgəsində yaranan enerji böhranı fonunda məktəblilərin və kollec tələbələrinin tətili yanvarın 20-dək uzadılıb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, Dnestryanıda işıqların kəsilməsindən sonra distant təhsilə keçid qeyri-mümkün olub.

Daha əvvəl məlum olub ki, Dnestryanıda 1,5 min hündürmərtəbəli bina istiliksiz və isti susuz qalıb. Bütün sənaye müəssisələri enerji ehtiyatlarının çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.

"Qazprom" şirkəti borcları və müqavilənin pozulması səbəbindən 2025-ci il yanvarın 1-dən Moldovaya qaz nəqlini dayandırıb.

Избранный
29
ikisahil.az

1Источники