Yanvarın 6-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Mia.az xəbər evrir ki, bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü dekabrın 31-də – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar mərhum prezident Əbülfəz Elçibəyin, eləcə də dekabrın 24-də təyyarə qəzasında qəhrəmancasına həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın məzarları ziyarət ediblər.
Məclisin sədri Arif Hacılı ABŞ-a səfəri və keçirdiyi görüşlər barədə məlumat verib.
Sonda cari məsələlər müzakirə olunub.